2 iyun 2014 18:13
Rəşad Sadıqov: Yığma üzvləri çətin təqvimə hazır olmalıdırlar
Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində öz zədəsi, həmçinin, “Qarabağ”ın yeni transferi Danilu Diaş haqda danışıb:
- Müalicəniz necə gedir?
- Ümumilikdə, mənə müalicə üçün dörd həftə veriblər. Bunlardan biri geridə qalıb. Üçü isə irəlidədir. İyunun 20-dən tədricən məşqlərə başlayacağam. Ümid edirəm ki, tezliklə sıraya dönəcəyəm.

- Eşitdik ki, “Qarabağ”la müqavilənizi yeniləmisiniz?
- Bəli, üç illik yeni müqavilə imzalamışam.

- Komandanın hələ toplanmadığına və məşqlərə başlamadığına rəğmən, siz avrokuboklardan nə gözlədiyiniz haqda düşünmüsünüz?
- Bu haqda danışmaq hələ tezdir. Hətta püşkdən sonra heç nə dəyişməyəcək. Bu mənada ki, biz istənilən rəqibə qarşı eyni ilə məsuliyyətli və ciddi hazırlaşacağıq.

- “Qarabağ”ın mümkün rəqiblərinin siyahısı artıq məlumdur. Özünüzə daha arzuolunan rəqib seçmisiniz?
- Xeyr. Heç vaxt rəqib seçməmişəm. Xüsusən, elə olur ki, kağız üzərində zəif rəqiblə oynamaq, favoritə qarşı oyundan daha çətin olur.

- Bu yaxınlarda klubunuz “Maritimu”dan Danilu Diaşı transfer edib. Onun haqda sizə nə isə məlumdur?
- Düzünü deyim, onun haqda xüsusi heç nə bilmirəm. Bilirəm ki, Portuqaliyanın yüksək liqasında oynayıb. Özü də, əsas heyətdə. Ancaq onun imkanları haqda danışmaq, hələ tezdir. Digər transferlər kimi, indiki transfer də uğurlu və əksinə ola bilər. Vaxt lazımdır. O, hələ uyğunlaşmalıdır. Bundan sonra isə oyunçuya qiymət vermək olar.

- Bir məqam maraqlıdır. “Qarabağ” son vaxtlar öz əvvəlki klublarında elə də çox qol vurmamış, bəzən isə lap az qol vurmuş hücumçulara üstünlük verir…
- Ümumiyyətlə, Diaş sırf hücumçu deyil. Bilmirəm, nə üçün belə yazırlar. O, daha çox yarımmüdafiənin cinahlarında oynayır. Həmçinin, müdafiədə də oynamağı bacarır. Universaldır. Düşünürəm ki, hücumun sivri ucunda Reynaldoya daha çox imkan veriləcək.

- “Qarabağ”a daha hansı mövqeləri gücləndirmək lazımdır?
- Ümumilikdə, hər bir mövqe həmişə güclənmə tələb edir. Ancaq sonra problemlər meydana gələ bilər. Bu mənada ki, meydana kimi buraxıb-buraxmamaq sualı ortaya çıxa bilər. “Skamya” üçün iki-üç oyunçu lazımdır. Ancaq bizim komandanın əsas özəyi artıq var. Özü də oynanılmış, uyğunlaşmış. Belə ki, mən xüsusi güclənmənin gərək olduğunu, deməzdim.

- Siz yığma ilə ABŞ-a yollandınız. Ancaq zədə səbəbi ilə yoldaşlıq oyununda iştirak edə bilmədiniz. Millinin oyununu necə qiymətləndirirsiniz?
- Hər şey istədiyimiz kimi alınmadı. Bir neçə zədəli oyunçumuz vardı. İkinci problem, bəzi futbolçularımızın klublarda problemi vardı. Kimsə oynamırdı, kimsə zədəli idi. Kimsə zədədən yenicə bərpa olmuşdu. Bütün bunlar oyunumuzda əksini tapdı. Bu, bizim münasib oyunumuz deyil. Biz daha yaxşı oynaya bilərik və oynamalıyıq. Ümumilikdə, futbolçularımız mübarizə apardılar. Ancaq unutmayaq ki, ABŞ yığması güclü rəqibdir və onlar yaşı oyun göstərdilər, xüsusilə, ikinci hissədə. Zəif kollektiv deyil. Onların DÇ-də oynayacağı əbəs deyil.

- Bütün bunları nəzərə alsaq, yəqin razılaşarsınız ki, AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində Bolqarıstan yığmasına qarşı keçiriləcək oyuna qədər, daha bir yoldaşlıq oyunu keçirmək lazımdır?
- Razıyam. Özü də futbolçular buna çox diqqətlə yanaşmalıdırlar. Axı hər şeydən əlavə, yığma üzvlərinin əksəri avrokuboklarda iştirak edəcəklər. Buna görə də onların hər biri diqqətli olmalı, belə təqvimə hazır olmalıdır.