2 iyun 2014 14:28
Ceyhun Sultanov Sumqayıta qayıtdı
Azərbaycan millisinin və "Sumqayıt" Futbol Klubunun sabiq futbolçusu Ceyhun Sultanov yenidən kluba qayıdıb. Azerisport.az xəbər verir ki, ötən mövsüm futbolçu karyerasını başa vuran adıçəkilən mütəxəssis "Sumqayıt" FK-da Baş menecer vəzifəsində çalışacaq.
Sultanov əsas, əvəzedici və akademiya üçün seleksiya işləri aparacaq, futbolçu transferləri ilə yaxından məşğul olacaq.
Qeyd edək ki, Ceyhun Sultanov 2012/2013 mövsümündə futbolçu kimi "Sumqayıt" FK-da çıxış edib (16 oyun, 1 qol).
(Klub saytı)
