2 iyun 2014 14:00
Aqil Məmmədov Sumqayıtla müqaviləsini yeniləyib
"Sumqayıt" Futbol Klubu baş məşqçisi Aqil Məmmədovla müqavilənin müddətini yeniləyib. Azerisport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis klubu daha bir il çalışdıracaq.
Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt” FK-da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə əsas komandada Bernhard Raabın köməkçisi olub. O, 2013/2014 mövsümündən isə "Sumqayıt" FK-nun baş məşqçisidir.
(Klub saytı)
