1 iyun 2014 11:33
Dmitri Lyapkin: Qəbələ Kubokuna gələn il də dəvət etsələr, məmnuniyyətlə gələrik
“Lokomotiv”in baş məşqçisi Dmitri Lyapkin komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını və 7-ci yer tutmasını qiymətləndirib. Azerisport.az xəbər verir ki, Lyapkin bunları söyləyib:
“Bu turnir bizim üçün nümunəvi turnirdir. Yarış bizim mənfi və müsbət cəhətlərimizi müəyyənləşdirdi. 7-ci yer tutmağımızda qorxulu heç nə yoxdur. Komanda və turnirdən razıyam. Təşkilati işlər tamamilə yüksək səviyyədədir. Gələn il də dəvət etsələr, məmnuniyyətlə gələrik”.
