1 iyun 2014 21:30
Qəbələ Kubokunun ən yaxşı oyunçuları açıqlandı
Üçüncü "Qəbələ Kuboku"nun ən yaxşı oyunçuları müəyyənləşib. Azerisport.az xəbər verir ki, ən yaxşıların siyahısında iki təmsilçimiz - "Qəbələ" və "Neftçi"dən heç kim yer almayıb.
Final matçı (Anderlext - Fənərbağça) başa çatan kimi, öncə həlledici qarşılaşmanı idarə edən hakimlər mükafatlandırılıb. Ardından isə adları aşağıda göstərilmiş futbolçular mükafatçı kimi təltif olunublar:
Feyr-pleyə görə: Leo Çaukin (Lokomotiv, Rusiya)
Ən yaxşı qapıçı: Aleks Knyejanrek (Rapid, Avstriya)
Ən yaxşı müdafiəçi: Lyam Koyl (Liverpul, İngiltərə)
Ən yaxşı yarımmüdafiəçi: Məsut Çapkan (Fənərbağça, Türkiyə)
Ən yaxşı hücumçu və oyunçu: Mişel de Luz (Anderlext, Belçika)
