Millimiz Norveçə uduzdu
Bu gün 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan AÇ-2015-in seçmə mərhələsində növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycanın U-21 yığması da 6-cı matçına çıxıb.
Bernard Lippertin yetirmələri doğma meydanda Norveçlə qarşılaşıb. Millimiz qrupdakı yeganə qələbəsini ötən il məhz Norveç üzərində qazanmışdı. Qrupda sonuncu yeri tutan yığmamız rəqibini doğma meydanda da yenə bilsəydi, üçüncü pilləyə yüksələcəkdi. Amma təəssüf ki, komandamız bu şansdan yararlana bilməyib və məğlub olaraq, sonuncu pillədə qalıb.
AÇ-2015
8-ci qrup
1 iyun
Azərbaycan - Norveç - 0:1 (0:0)
Qol: O.Kvoeme, 84 (0:1).
Sarı vərəqə: F.Ulvestad, 57.
Baş hakim: Anatoli Abdula (Ukrayna).
Bakı. "Bayıl Arena".
AZƏRBAYCAN: 1. Andrey Popoviç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Elvin Yunuszadə (20. Elvin Həsənalızadə, 46), 8. İlter Taşkın, 10. Abdulla Abatsiyev, 16. Ruslan Tağızadə, 9. Ağabala Ramazanov, 11. Rəşad Eyubov, 21. Samir Masimov (7. Elşən Abdullayev, 63), 23. Məqsəd İsayev (15. Azər Salahlı, 69).
Ehtiyat oyunçular: 22 Şahrudin Məhəmmədəliyev, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov, 14. Məhəmməd Qurbanov.
NORVEÇ: 1. Aslak Falç, 4. Yonas Qronner, 5. Tomas Qroqaard, 15. Maqnar Odeqard, 3. Ruben Qabrielsen, 7. Fredrik Ulvestad, 8. Daniel Berntsen, 13. Martin Ronninq, 9. Veton Berişa (18. Ohi Kvoeme, 76), 10. Qayas Zahid (17. Elbasan Raşani, 55), 16. Mohamed Elyunussi.
Ehtiyat oyunçular: 12. Sondre Rossbax, 6. Kristian Landu-Landu, 14. Marius Lundemo, 18. Ohi Kvoeme.
|
1. Portuqaliya |
6 |
6 |
0 |
0 |
17-4 |
18 |
|
2. İsrail |
5 |
3 |
0 |
2 |
17-11 |
9 |
|
3. Norveç |
7 |
3 |
0 |
4 |
10-17 |
9 |
|
4. Makedoniya |
6 |
1 |
1 |
4 |
3-8 |
4 |
|
5. Azərbaycan |
6 |
1 |
1 |
4 |
5-12 |
4 |
