1 iyun 2014 17:00

"Qəbələ bu turnirdəki ən pis oyununu sərgilədi"

Avstriya "Rapid"inin 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Muhammed Akagündüz "Qəbələ Kuboku"nda 3-cü yer uğrunda keçirilmiş "Qəbələ" ilə oyundan (3:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis öncə turniri dəyərləndirib:
 
- Çox gözəl təşkil edilmiş turnir idi. Sahələr, hava, təşkilatçılıq, hər şey çox gözəl idi. Bu işdə əməyi keçənlər hər şeyi çox yaxşı təşkil etmişdilər. İştirakçı komandalar da səviyyəli idilər.
 
- Öz komandanızın çıxışını necə qiymətləndirərdiz?
- Turnirə yaxşı başlamadıq. Amma matçdan matça səviyyəmizi artırdıq. Yarımfinalda "Fənərbağça" ilə oyunda layiq olmadığımız məğlubiyyətlə üzləşdik. Yetərincə qol epizodumuz da oldu. Nə yazıq ki, hər şeyə rəğmən, məğlub olduq. Sonda üçüncü olduq. Buna layiq olduğumuzu düşünürəm.
 
- "Qəbələ Kuboku" "Rapid"ə, yetirmələrinizə nə verdi?
- Biz hər il 10-11 belə turnirdə iştirak edirik. Bu, uşaqlar üçün böyük təcrübə oldu. Başqa ölkələrin yaxşı komandalarına qarşı oynamaq futbolçulara hər zaman yaxşı təcrübə qazandırır. Belə turnirlər həm oyunçuların öz səviyyələrini, həm də digər komandaların necə oynadığını görməyə imkan yaradır. Onun üçün hər belə turnir bizi bir addım önə götürür.
 
- "Qəbələ"nin oyununu necə qiymətləndirə bilərsiz?
- "Qəbələ"nin bugünkü oyunu məncə, bu turnirdə sərgilədikləri ən pis matç oldu. Bundan öncəki qarşılaşmalarda daha yaxşı təsir bağışlamışdılar. Bir az yorğun idilər. Amma bu, o demək deyil ki, biz layiq olmadığımız qələbəni qazandıq.
 
- Sizcə, bu turnirin qalibi hansı komanda olacaq?
- Hər iki komanda çox yaxşı futbol sərgiləyir. Amma mənə elə gəlir ki, "Fənərbağça"nın işi bir az daha çətin olacaq.
 
- Deməli, favoritiniz "Anderlext"di?
- Zənn edirəm ki, "Anderlext" finalı qazana biləcək gücdədi.
 
- Bəs qazanmasını istədiyiniz komanda hansıdı?
- Təbii ki, Türkiyə komandasının qələbə qazanması könlümüzdən keçir. Amma meydanda oynayan 14-15 yaşlı uşaqlardı. Güclü olan, qələbəni haqq edən qazansın.
 
- Yenidən "Qəbələ Kuboku"nda iştirak üçün dəvət alsaz, gələrsiz?
- Təbii ki, biz hər zaman belə turnirlərdə iştirak etməyə can atırıq. Həmişə də məmnun olmuşuq. "Qəbələ"dən gələn il də dəvət gəlsə, inşallah, gələrik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.