1 iyun 2014 15:28

Brunu Bertuççi: Neftçidə qalmaq və Avropa Liqasındakı uğuru təkrarlamaq istəyirəm

“Neftçi”nin müdafiəçisi Brunu Bertuççi azerisport.az saytına müsahibəsində Avropa Liqasındakı ümidlərindən danışmaqla yanaşı, komanda üçün mövsümü qiymətləndirib:
- Ötən mövsümü necə qiymətləndirərdiniz?
- Kuboku qazandığımızı nəzərə alsaq, mövsümü normal hesab etmək olar. Ən yaxşı olmasa da, normal. Cari mövsümdə çempionatda hər şey istədiyimiz kimi alınmadı. Həmçinin, “Qarabağ” öz oyunu ilə çempionluğa layıq idi. Mən onları bu münasibətlə təbrik edirəm.
- Necə hesab edirsiniz, Avropa Liqasında layiqli mübarizə apara biləcəksiniz?
- Nəzərə alsaq ki, hələ püşkatma olmayıb, etiraf edim ki, hər şeyin necə alınacağını bilirəm. Ancaq ümumilikdə, əlbəttə, ötən uğurumuzu - qrup mərhələsinə düşməyi təkrarlamaq istərdik.
- Hər halda, Kubokda qələbə sizə mübarizəni ikinci təsnifat mərhələsindən başlamağa imkan verir.
- Əlbəttə, bu məqsədimizə - qrup mərhələsinə çıxmağı bir qədər qısaltdı. Ancaq hər şeyi qiymətləndirmək, hələ tzdir.
- Kubokda qələbə nə dərəcədə vacib idi?
- Uğura oyunsonrası penaltilərlə nail olmağımıza rəğmən, bu, çox vacib qələbədir ki, qəniməti qazana bildik. Hisslər sadəcə, son həddə idi.
- Elə təsəvvür yaranırdı ki, “Neftçi” hər şeyi penaltilər seriyasına daşıyır. Hər şeyi əsas vaxtda həll etmək istəmirdiniz?
- Mən hər şeyin 90 dəqiqə ərzində həll olmasını istərdim və mahiyyətcə, biz bunu edə bilərdik. Ancaq əsası, uğura nail olduq.
- Söz düşmüşkən, yeni mövsümdə sizi “Neftçi”də görəcəyik?
- Əvvəlcə, hər şeyi rəhbərliklə razılaşdıracağam. Ancaq mən burada qalmaq və avrokuboklarda oynamaq istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.