1 iyun 2014 19:45
Qəbələ dördüncü, Neftçi sonuncu, Anderlext çempion oldu
Bu gün Qəbələdə təşkil olunmuş 3-cü Qəbələ Kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin bütün həlledici görüşləri eyni gündə baş tutub.
İtaliyanın “Udineze və İngiltərənin “Liverpul” klubları beşinci, “Neftçi” ilə Rusiya “Lokomotiv”i isə yeddinci yer uğrunda yarışıblar. "Neftçi" bu oyunda da məğlub olaraq, sonuncu yeri tutub. 5-ci pillə isə italyanlara qismət olub.
Turnirin təşkilatçısı “Qəbələ” Avstriya “Rapid”i ilə üçüncü yer üçün üz-üzə gəlib. Darmadağınla üzləşən təmsilçimiz mükafatçılar sırasına düşə bilməyib. Türkiyə “Fənərbağça”sı isə finalda “Anderlext”lə (Belçika) qarşılaşıb. Minimal hesablı qələbə belçikalıları bu turnirin qalibi edib.
Qəbələ Kuboku
Final mərhələsi
1 iyun
Final mərhələsi
1 iyun
7-ci yer uğrunda
Neftçi - Lokomotiv - 0:1
Neftçi - Lokomotiv - 0:1
5-ci yer uğrunda
Liverpul - Udineze - 1:1 (pen. 5:6)
Liverpul - Udineze - 1:1 (pen. 5:6)
3-cü yer uğrunda
Qəbələ - Rapid - 0:3
Qəbələ - Rapid - 0:3
Final
Anderlext - Fənərbağça - 1:0
Anderlext - Fənərbağça - 1:0
