1 iyun 2014 01:50
Yığmamızın rəqiblərindən yalnız Xorvatiya sevindi
Futbol üzrə Azərbaycan millisinin AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsindəki rəqibləri - Xorvatiya, Norveç və İtaliya yığmaları yoldaşlıq oyununa çıxıblar. Azerisport.az xəbər verir ki, Xorvatiya Mali ilə oyunda qələbə qazanıb.
Norveç Rusiya, İtaliya da İrlandiya ilə sülh bağlayıb. Qeydə alınan nəticələri təqdim edirik:
Yoldaşlıq oyunları
31 may
Xorvatiya - Mali - 2:1
Norveç - Rusiya - 1:1
İtaliya - İrlandiya - 0:0
