1 iyun 2014 13:22
İnterin futbolçusu Səudiyyə Ərəbistanı yığmasını məğlub etməyə kömək etdi
“İnter”in müdafiəçisi Laşa Salukvadze Gürcüstan yığmasının heyətində yoldaşlıq oyununda iştirak edib. Azerisport.az xəbər verir ki, Salukvadze Səudiyyə Ərəbistanı yığmasına qarşı oyunda 77-ci dəqiqədə meydana çıxıb.
Oyun Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “İnter”in degər futbolçusu, hücumçu Baçana Sxadadze isə ehtiyatda qalıb. Toplanışa cəlb edilmiş “Qarabağ”ın hücumçusu Nikoloz Gelaşvili isə oyunun iştirak ərizəsinə salınmayıb.
