1 iyun 2014 13:13
Millimizin rəqibi iki itki ilə üzləşdi
Millimizin AÇ-2016-nın təsnifat mərhələsindəki rəqibi İtaliya yığması dünya çempionatı ərəfəsində yoldaşlıq görüşündə gücünü sınayıb. Azerisport.az xəbər verir ki, “skuadra adzurra” İrlandiya millisi ilə yoldaşlıq oyununda (0:0) iki futbolçusunu itirib.
Rikardo Montolivo və Alberto Akvilani zədə səbəbi ilə oyunu davam etdirə bilməyiblər.
Oyundan sonra İtaliya yığmasının həkimi Montolivonun baldır sümüyünün sındığını təsdiqləyib. Bu, futbolçunun dünya çempionatında iştirak etməyəcəyi deməkdir. Akvilaninin zədəsinin ciddiliyi isə əvvəlki tək, məlum deyil.
(Championat.com)
