31 may 2014 00:11
Stenli Brard: Bu turnirdə Qəbələ özünü yaxşı göstərdi
“Qəbələ”nin baş məşqçisi Stenli Brard komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, Brard bunları söyləyib:
“Güclü turnirdir. Hamı yüksək səviyyədədir. Yeniyetmə oyunçular üçün bu, yaxşı təcrübədir. “Qəbələ” bu turnirdə özünü yaxşı göstərdi. Yaxşı oyunlar vardı”.
