31 may 2014 11:11
Rusiya Azərbaycanı yenidən Yeremenko Kubokuna dəvət edir
Moskvada futzal üzrə “Yeremenko Kuboku”nun ikinci dəfə təşkili və keçirilməsi üzrə məsələlərin müzakirə olunduğu iclas keçirilib. Azerisport.az xəbər verir ki, yarışın keçirilmə sistemində dəyişiklik olmayacaq və turnirdə əvvəlki kimi, səkkiz klub iştirak edəcək.
Ancaq iştirakçıların seçilməsi yarış təşkilatçılarının problemi olaraq qalır. Belə ki, turnirdə iştirak etmək istəyən klubların sayı nizamnamədə nəzərdə tutulduğundan çoxdur. İyul ayının 15-ə qədər mükafata namizədlərin siyahısı tamamilə formalaşdırılmalıdır.
Namizədlər arasında üç Rusiya klubu, Qazaxıstan təmsilçiləri: “Yeremenko Kuboku”nun ilk qalibi Almatı “Kayrat”ı, Qazaxıstanın vitse-çempionu Karaqanda “Tulpar”ı, iki İran komandası var. Çexiya, Özbəkistan, Azərbaycandan olan komandalarla isə danışıqlar gedir. Latviya çempionunun təmsilçiləri də öz ərizələri ilə Rusiya futbol İttifaqının iclasına gəliblər.
(Qazaxstanskaya Pravda)
Xatırladaq ki, ilk turnirdə ölkəmizin iki təmsilçisinin iştirakı gözlənilirdi: “Araz” və “Neftçi” İSM. Ancaq sonradan klublarımız yarışda iştirakdan imtina etdilər.
