31 may 2014 01:11

Stenli Brard: Yalnız U-15-in deyil, “Qəbələ”nin bütün komandalarının çatışmazlıqlarını aradan qaldıracağıq

“Qəbələ” futbol klubu akademiyasının hollandiyalı direktoru Stenli Brard bu günlərdə keçirilən III “Qəbələ Kuboku” haqda fikirlərini bildirib. Azerisport.az Brardın müsahibəsini diqqətinizə çatdırır:
- III “Qəbələ Kuboku” haqda nə deyə bilərsiniz?
- Yarış iştirakçıları üçün yaradılmış şərait idealdır. Yarışın bütün iştirakçıları üçün bu, böyük təcrübədir.
- İştirakçılardan ən çox hansı xoşunuza gəldi?
- “Qəbələ” - bu turnirdə mənim favoritimdir (gülümsəyir). Yarış çox güclüdür. Belə ki, burada böyük klublar iştirak edirlər. “Fənərbaxça”, “Rapid”, “Liverpul” və s. Onlarla oyuna çox güc sərf edilir. “Liverpul” kimi bir komandadan elə-belə xal qoparmaq mümkün deyil. Bizim futbolçularımız xarakter nümayiş etdirdilər.
- Sizi komandaya ona görə dəvət ediblər ki, Azərbaycandan Avropaya futbolçular getsin. Bu, beynəlxalq səviyyəli artıq üçüncü turnirdir. Oyunçularımızın dəvəti var?
- Biz beynəlxalq səviyyəli oyunları yalnız Qəbələdə keçirmirik. Tez-tez xaricə yollanırıq. Biz öz səviyyəmizi yüksəltməyə çalışırıq. Yerdə qalanlar isə sonra olacaq. Ümid edirəm ki, futbolçularımızın xaricə dəvəti özünü çox gözlətməyəcək. Digər ölkələrlə müqayisədə Azərbaycanın əhalisi elə də çox deyil. Bu isə yaxşı futbolçular tapmaq şansını azaldır.
- Yarımfinal oyununda “Qəbələ” futbolçularının fiziki yorğunluğu hiss edilirdi. Siz bu istiqamətdə nə edirsiniz? Axı bu, bütün Azərbaycan futbolunun problemidir...
- Biz bunu bilirik və yalnız 15 yaşa qədər olan komandanın deyil, akademiyanın digər 15 komandasının çatışmazlıqlarını aradan qaldıracağıq.
- Yeri gəlmişkən, nə üçün bu il Hollandiyadan komanda cəlb edilmədi?
- Biz bir Hollandiya klubunu dəvət etmək istəyirdik. Ancaq bütün komandalar artıq digər turnirlərə cəlb edilmişdilər.  Digər tərəfdən, yeni ölkələrdən yeni komandalar dəvət etmək istəyirdik. Bu il “Qəbələ” turnirində Belçika təmsilçisi “Anderlext” və Avstriya təmsilçisi “Rapid” debüt etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.