31 may 2014 13:13
Sənan Qurbanov: Ümid edirəm ki, yeni məşqçi Yuri Syomin kimi, mənim məsləhətlərimi eşidəcək
“Qəbələ”nin məşqçisi Sənan Qurbanov azerisport.az saytına müsahibəsində “radarlar”ın sabiq baş məşqçisi Yuri Syominlə işi, gələcək baş məşqçi və qarşıdakı mövsüm haqda danışıb:
- Syominin gedişi yəqin, sizin üçün gözlənilməz oldu?
- Həm də təəssüfedici. Bir məşqçi və insan kimi o, məndə rəğbət oyatmışdı. O, deyirdi ki, getməyə hələ hazırlaşmır. Bizim komplektləşdirilmiş komandamız var. Əgər o, qalsaydı, bu halda, “Qəbələ” daha yaxşı oynayardı. Mən onun gedişini pis qəbul etdim. Ümid edirəm ki, yeni məşqçi Syomindən geri qalmayacaq.

- Ola bilər, Azərbaycanda siz onu hamıdan yaxşı tanıyırdınız. Kənardan o, “quru” adam təsiri bağışlayırdı. Əslində o, necə idi?
- Özünün bütün işçilərinə diqqətli idi. Məşqçi qərargahına fəaliyyət azadlığı vermişdi. Hər kəsin fikrini nəzərə alırdı. Əsl peşəkar idi.

- Bəs sizi eşidib və bunun köməyi dəydiyi məqam olub?
- Bu məqam bir dəfə olmayıb. Bir misal: Davron Erqaşovu dayaq yarımmüdafiəçisi kimi meydana buraxmağı ona təkidlə məsləhət bilirdim. O, məni eşitdi və oyunların birindən sonra yaxşınlaşıb əlimi sıxaraq, məsləhətə görə təşəkkürünü bildirdi.

- “Qəbələ”ni yeni mövsümdə kimin çalışdıracağı hələ məlum deyil. Bəs şəxsən siz kiminlə işləmək istərdiniz?
- Ötən mövsümdə işlər o qədər ahəngdə idi ki, hətta məşqlərdən kənarda da hazırlıq gedirdi və bu qaydada da işləyən mütəxəssisi görmək istərdim. Komandaya daha çalışqan məşqçi lazımdır. Mən Syominə deyirdim ki, olar bilər, Moskva “Lokomotiv”i və Kiyev “Dinamo”sunda oyunçuya bir beş dəfə deyəsən, başa düşər. Ancaq bizimkinə bunu az qala hər gün deməlisən.

- “Qəbələ”nin Avropa Liqasına başlamasına bir ay qalıb. Belə çıxır ki, sizin çiyinlərinizə çox yük düşür. Axı yeni məşqçiyə hələ vaxt lazım olacaq...
- Ümid edirəm ki, yeni məşqçi Yuri Syomin kimi, mənim məsləhətlərimi eşidəcək. Bu yükü çəkməyə hazıram. Düşünmürəm ki, hər şey belə çətin olacaq. Axı komandanın özəyi saxlanılıb. İnanmıram ki, yeni məşqçi hər şeyi köklü surətdə dəyişsin.

- Bəs klubun baş məşqçisi vəzifəsini tutmaq fikriniz yoxdur?
- Klub rəhbərliyinə məni dəstəklədiyi üçün təşəkkür edirəm. Məni məşqçi kurslarına göndərirlər. Syominlə iş mənə çox kömək etdi. Düşünürəm ki, gələcəkdə belə bir şans olsa, bu işin öhdəsindən gələ bilərəm.