30 may 2014 12:44
Neftçinin baş məşqçisi: Belə turnirlər nə qədər çox olsa, bir o qədər yaxşıdır
“Neftçi”nin baş məşqçisi Ramin Qəribov komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, Qəribov bunları söyləyib:
“Neftçi” çox turnirlər görüb. Ancaq Qəbələdə yaradılmış şərait ən yaxşılardandır. Məşqçi kimi, mənə bu turnir çox şey verir. Belə turnirlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. İştirakımız heç də ən yaxşılardan olmadı. Rəqib komandalar sürətli oynayırdılar. İlk iki oyunda bəxtimiz gətirmədi. Bizim futbolçularımız üçün bu turnir, ilk müvafiq turnirdir”.
