30 may 2014 00:12

Fariz Nəcəfov: Baş məşqçi məsələsində tələsmək də olmaz

Azerisport.az sizi “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi ilə tanış edir.

- "Qəbələ Kuboku"nda “Udineze”yə qarşı görüşün ilk hissəsində uşaqlar çox yaxşı oynadılar. Ötürmələr və fiziki hazırlıq baxımından rəqibdən üstün idilər. Məndə olan məlumata görə, “Udineze” oyun günü Qəbələyə gəldiyi üçün yorğun idi. Ancaq əsas nəticə yox, yaxşı oyun göstərməkdi. “Fənərbaxça”ya isə yenildik. Onların futbolçularının fiziki cəhətdən çox güclü olduğu hiss olunur. Yəqin ki, bir az da uşaqlarda yorğunluq var idi deyə, yaxşı oyun göstərə bilmədilər.

- “Fənərbaxça” 3:0 hesabı ilə qalib gəldi. Hətta penaltini vura bilsəydilər, hesab daha böyük ola bilərdi. Bu yaşda komandalar arasında belə səviyyə fərqinin olmasını nə ilə əlaqələndirirsiz?
- Məncə, bu, ölkələr arasında keçirilən həmin yaş qrupu üzrə çempionatların səviyyəsi ilə bağlıdı. Həm də ki, klublar arasında yaş fərqi çox böyükdü. Orada uşaq futbolu demək olar ki, 100 ildi var. “Qəbələ”də isə bu, 5-ci ildi. Aşağı yaş qruplarından yeni istedadlar üzə çıxmalıdı. Həm də ki, kiçik yaşlardan başlayaraq sistematik oyun məsələsi həll olunmalıdı. Düşünürəm ki, yaxın 4-5 ildə bu səviyyə fərqi aradan qalxar və ən azı bu dərəcədə olmaz.

- Avrokuboklara başlamağınıza təxminən 1 ay vaxt qalıb. Baş məşqçi məsələsində nə kimi irəliləyişlər var?
- Vaxtımızın olmadığını başa düşürük. Ona görə də məşqçi məsələsini həll etməyə tələsirik. Amma çox təəssüf ki, bu, tez bir zamanda həll olunan bir şey deyil. Tələsik qərar qəbul etməklə sabah pis nəticələrə yol vermiş olarıq.

- Avroliqada uğursuz çıxış etsəz, bunu yeni baş məşqçinin gəlişi ilə əlaqələndirə bilərsiz...
- Biz bəhanə etməyi fikirləşmirik. Klubun yalnız uğuru haqqında düşünürük. Çox tələsmək də olmaz. Ancaq komanda ən geci iyunun 10-na kimi bir araya gəlməli və toplanış keçməlidi. Bunu nəzərə alıb təcili məşqçi namizədlərimizlə görüşlər keçirmişik. Hazırda üzərində dayandığımız namizədlər öz klublarında işləyir. Onlardan cavab gözləyirik. Artıq sabah (bu gün - red.) bir cavab verərlərsə, onlardan biri ilə müqavilə imzalana bilər.

- “Qəbələ”yə gələcək yeni məşqçinin əcnəbi olacağı bilinir. Hazırda neçə namizəd üzərində dayanmısız ki, onlardan cavab gözləyirsiz?
- Əsas 2 namizədimiz qalıb.

- Onlar deyəsən, ölkələrində tanınmış məşqçilərdi...
- Bəli.

- Yaxınlarda Türkiyəyə niyə getmişdiz?
- Türkiyəyə bununla bağlı getməmişdim. Sadəcə, futbolçuların viza məsələlərində problemləri olmaması üçün ora getmişdim.

- Yeni gələcək məşqçi Yuri Syomindən daha adlı-sanlıdı?
- Yox, belə demək olmaz. Syomin yaşı və təcrübəsi kifayət qədərdi. Onlar Syomindən daha gəncdilər. Bu haqda çox danışmaq istəmirəm. Çünki ola bilər ki, bu məsələ heç alınmasın. Yəqin ki yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.

- Syomin dincəlmək bəhanəsi ilə “Qəbələ”dən getsə də, artıq “Mordoviya” ilə anlaşıb...
- Syominin kiminlə anlaşmasının artıq bizim üçün fərqi yoxdu. O, peşəkar insandı. İnanmıram ki, Syomin bəhanə etsin. Çünki bizə təkliflərinin olduğunu bildirmişdi. Ancaq bu təkliflər real deyildi. Biz isə ondan burda qalıb-qalmayacağı ilə bağlı dərhal qərar qəbul etməyini istəyirdik. O isə deyirdi ki, tez qərar verə bilmərəm, həm dincəlmək istəyirəm, həm də başqa təkliflərim var. Peşəkar müqaviləsi bizimlə bitmiş bütün insanların qərarlarına hörmətlə yanaşırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.