30 may 2014 11:55
Lokomotivin baş məşqçisi: Mən sizin meydanlardan yaxşı meydan görməmişəm
“Lokomotiv”in baş məşqçisi Dmitri Lyapkin komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, Lyapkin bunları söyləyib:
“Burada yaxşı meydanlar və hava var. Yarış isə, düşünürəm ki, baş tutdu. Komandamızın yaşı rəqiblərdən fərqlənirdi. Bizimkilər bir yaş kiçikdirlər. Dünənki oyunlara çox güc sərf etdilər və bu gün gücləri yetmədi. Bizim futbolçular düşündülər ki, sizin meydanlarınız süni örtüklüdür. Mən isə sizin meydanlardan yaxşı meydan görməmişəm. “Neftçi” xoşuma gəldi. Texnikalı komandadır”.
