30 may 2014 11:44
Rapidin baş məşqçisi: Etiraf edim ki, Azərbaycanda belə hakimlik gözləmirdim
“Rapid”in baş məşqçisi Mohammed Akagündüz komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, Akagündüz bunları söyləyib:
“Bu turnirdə çıxış etmək xoşdur. Yarış yaxşı təşkil edilib. Etiraf edim ki, Azərbaycanda belə hakimlik gözləmirdim. Avropanın çox turnirlərində olmuşam, ancaq belə yaxşı hakimliyi nadir hallarda görmüşəm. Biz yarımfinala çıxdıq. İndi məqsədimiz mükafatçılar üçlüyünə düşməkdir. “Qəbələ”nin oyununu gördüm. Bu komanda “Neftçi”dən daha yaxşı oynayır. İnfrastrukturu nəzərə alsaq, deyə bilərəm ki, bu futbolçuların yaxşı gələcəyi var. Avropada buradakı kimi meydanlar yoxdur”.
