30 may 2014 17:33
IV Caspian Cup turnirində bir oyunun vaxtı dəyişdirildi
17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunmuş IV Caspian Cup Beynəlxalq turnirində bu gün keçirilməli olan Azərbaycan U-16 - İran oyununun başlanma vaxtı teleyayımla əlaqədar dəyişdirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma, əvvəlcə nəzərdə tutulduğu kimi, saat 21:00-da deyil, saat 21:15-də başlayacaq.
(AFFA)
