30 may 2014 17:00
Yunis Hüseynov: Neftçinin yenidən Şkenderbeu ilə qarşılaşmasını istərdim
Veteran futbolçumuz Yunis Hüseynov azerisport.az saytına açıqlamasında "Neftçi"nin Avropa Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın "Şkenderbeu" klubuna rəqib olmasını istədiyini deyib:
"Püşk haqda danışmaq, tezdir. İstərdim, ilk mərhələdə zəif komandalar düşsün. Çünki klublarımız iyulun sonuna yaxın yaxşı formada olacaqlar. Yeni futbolçulara vaxt lazımdır. "Neftçi"yə Albaniyanın "Şkenderbeu" klubunun düşməsi də, pis olmazdı. Fikrimcə, komandamız revanş ala bilərdi. Ötən il səhvə yol verdik. Bu dəfə həmin səhvi təkrarlamarıq".
