Qəbələ 3-cü, Neftçi 7-ci olmaq üçün mübarizə aparacaq
15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında təşkil olunan sayca 3-cü "Qəbələ Kuboku" turniri davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə pley-off oyunları baş tutub.
"Qəbələ" finala çıxmaq şansına malik idi. Bunun üçün təmsilçimiz Belçika "Anderlext"inə qalib gəlməliydi. Lakin komandamız yarımfinalda uduzub və 3-cü yer uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Digər yarımfinal matçında isə Türkiyə "Fənərbağça"sı Avstriya "Rapid"i ilə üz-üzə gəlib və qələbə qazanıb.
5-8-ci yerlər uğrundakı oyunlarda isə "Neftçi" İtaliyanın "Udineze" klubu ilə qarşılaşmada uduzubsa, Rusiya "Lokomotiv"i də İngiltərə "Liverpul"una məğlub olub.
Qəbələ Kuboku
30 may
Yarımfinal oyunları
Fənərbağça - Rapid - 1:0
Anderlext - Qəbələ - 4:1
Qol: Fərid Nəbiyev-pen.
5-8-ci yerlər uğrunda
Udineze - Neftçi - 1:0
Lokomotiv - Liverpul - 1:2
