30 may 2014 16:00
Vidadi Rzayev: Mən də meydanda söyürdüm, sadəcə, səsim efirə düşmürdü
Millimizin sabiq yarımmüdafiəçisi Vidadi Rzayev azerisport.az saytına müsahibəsində millimizin Şimali Amerika toplanışının yekunları barədə danışıb:
- Sizcə, oyunun nəticəsi necədir (0:2)?
- Nəzərə alsaq ki, biz qarşıdakı DÇ-nin iştirakçılarından birinə qarşı oynamışıq, elə də pis deyil. Bizə öz qapımızın toxunulmazlığını 74 dəqiqə saxlamaq müyəssər oldu. Mən buna görə onları tərifləməyəcəyəm, ancaq hər şey normaldır.

- Buna rəğmən, müdafiədəki səhvlər kobud idi...
- Buna görə də Berti Foqtsla müqaviləni uzatmışıq ki, yeni seçmə mərhələnin başlanmasına qədər bu səhvləri aradan qaldırsın.

- Çətin mövsümdən sonra toplanış lazım idimi? Axı bizi DÇ-də iştirak gözləmir...
- Yalnız DÇ-də iştirak edəcək komandalar oynamırdı. Oyunlar lazımdır. Axı təsnifat mərhələsinin oyunları uzaq deyil. Bildiyim qədər, bu toplanışı Berti Foqts təşkil edib ki, bu, başqa məsələdir. Demək, onun hər hansı planları var. Demək, o, nə isə bilir. Bax, qoy seçmə mərhələ başlasın, onda, bu toplanışların bəhrəsini tələb edəcəyik.

- Bir yandan, ABŞ yığması qrupdakı rəqiblərimizə bənzəmir...
- Axı məsələ ancaq bunda deyil. Yəqin ona bu oyunun fonunda heyətdə yeni oyunçuları yoxlamaq lazım idi. Ancaq seçmə mərhələdə ötən mərhələnin özəyinin dəyişikliyə uğrayacağına şübhə edirəm. Seçim elə də böyük deyil.

- Epizodların birində Kamran Ağayev söyüş söyürdü ki, bu da yayım zamanı aydınca eşidilirdi. Çoxları düşündü ki, bu, Elvin Yunuszadənin ünvanına səslənir...
- Qapıçı müdafiəçilərin üstünə qışqırmalıdır. Ancaq söyüş işlətmək, əlbəttə, düz deyil. Axı oyuna bütün ölkə baxırdı. Heç olmasa keçmiş futbolçu kimi, deyə bilərəm ki, belə şeylərə komanda yoldaşları iş prosesi kimi baxırlar. Yəqin ki, Ağayev bu epizodda özünü saxlaya bilmədi və müdafiəçiyə kəskin reaksiya verdi. Axı oyun zamanı kameralara əhəmiyyət vermirsən.

- Siz ona haqq qazandırırsınız?
- İnanın, oyundan sonra Kamrandan bu haqda soruşsanız, o, heç xatırlaya bilməz. Mən bununla qarşılaşmışam.

- Özünüz söymüsünüz?
- Mən də meydanda söyürdüm, sadəcə, səsim efirə düşməyib. Yalnız mən yox, elə məni də oyun zamanı söyürdülər. Kamranın sadəcə bəxti gətirməyib ki, onu bütün ölkə eşidib (gülümsəyir).