30 may 2014 14:00
AZAL Valensiyanın sabiq oyunçusu ilə maraqlanır
AZAL “Valensiya”nın sabiq oyunçusunu hədəfə alıb. Azeripsort.az xəbər verir ki, klub rəhbərliyi Tiflis “Dinamo”sunun yarımmüdafiəçisi Xiskonu “təyyarəçilər” sırasına qatmaq fikrindədir.
Bu barədə AZAL-ın qeyri-rəsmi Facebook səhifəsində məlumat verilib.
Qeyd edək ki, 34 yaşı futbolçu “Valensiya”dan başqa, “Betis”, “Rekreativo”, “Tenerife” və “Levante”də çıxış edib, həmçinin, İspaniyanın yeniyetmə və gənclərdən ibarət müxtəlif yığmalarına cəlb edilib.
Əlavə edə ki, Xiskonun transfer qiyməti 700 min avrodur.
