30 may 2014 13:44
Udinezenin baş məşqçisi: Fənərbaxça Qəbələ Kubokunun favoritidir
“Udineze”nin baş məşqçisi Boşko Boşkoviç komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, Boşkoviç bunları söyləyib:
“Fənərbaxça”nı turnirin ən yaxşı komandası hesab edirəm. Onların futbolçuları fiziki cəhətdən yaxşı hazırlıqlıdırlar. Onlar mənim yarış favoritimdirlər. “Qəbələ” də xoşuma gəlir, həmçinin, yaxşı komandadır. Yarımfinalda onlara uğur diləyirəm”.
