30 may 2014 12:21
Neftçi üçüncü oyunda da uduzdu, Qəbələ yarımfinalda
15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında təşkil olunan sayca 3-cü "Qəbələ Kuboku" turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirdə 8 komanda iştirak edir.
A qrupunda turnirin təşkilatçısı "Qəbələ" ilə yanaşı Türkiyənin "Fənərbağça", İtaliyanın "Udineze" və İngiltərənin "Liverpul" klubları mübarizə aparırdı. B qrupunda isə Azərbaycanın digər təmsilçisi "Neftçi"ni Avstriya "Rapid"i, Belçika "Anderlext"i və Rusiya "Lokomotiv"i ilə qarşılaşıb.
İkinci oyun günündə qrup mərhələsinə yekun vurulub. "Qəbələ" "Liverpul"la qarşılaşmada əzmkar heç-heçə sayəsində qrup ikincisi olub. Digər təmsilçimiz - ilk iki oyununda məğlub olmuş "Neftçi" isə "Anderlext"lə üz-üzə gəlib və bu dəfə də uduzaraq, qrupu sonuncu pillədə başa vurub.
Qəbələ Kuboku
Qrup mərhələsi
30 may
Qrup mərhələsi
30 may
A qrupu
Qəbələ - Liverpul - 2:2
Fənərbağça - Udineze - 2:0
Qəbələ - Liverpul - 2:2
Fənərbağça - Udineze - 2:0
Turnir cədvəli: Fənərbağça - 9, Qəbələ - 4, Udineze - 3, Liverpul - 1.
B qrupu
Rapid - Lokomotiv - 3:0
Neftçi - Anderlext - 0:1
Rapid - Lokomotiv - 3:0
Neftçi - Anderlext - 0:1
Turnir cədvəli: Anderlext - 7, Rapid - 6, Lokomotiv - 4, Neftçi - 0.
Pley-off oyunları saat 18:30 və 21:00-da keçiriləcək.
