29 may 2014 00:40

ABŞ - Azərbaycan oyunu azerisport.az saytının qiymət cədvəlində

Azerisport.az millimizin San-Fransiskoda ABŞ yığmasına qarşı keçirdiyi oyunun (0:2) yekunlarına görə futbolçularımızın çıxışını qiymətləndirərək, nəticələri diqqətinizə çatdırır:
Kamran Ağayev - 5,5. Birinci hissənin əvvəllərində millimizi iki dəfə qoldan xilas etdi. Buraxılmış qollarda günahı yox idi. Qollar müdafiəçilərin tam səhlənkarlığı nəticəsində vurulmuşdu.

Elvin Yunuszadə - 3,5. Ard-arda rəqiblərinə mübarizədə məğlub olurdu. Ancaq vurulmuş birinci qol anında topun qarşısında sədd çəkdi ki, bundan sonra da Diskerud oyunu zərbə ilə tamamladı. Buna rəğmən, çox tez-tez səhv edirdi.

Rasim Ramaldanov - 3,0. Yığmada ən pis oyunlarından birini keçirdi. Çoxlu xətalara yol verirdi ki, bu da, təhlükəli anlara səbəb olurdu. Onunla Yunuszadə arasında tez-tez anlaşılmazlıq yaşanırdı.

Mahir Şükürov - 4,0. Öz cinahında fəal idi. Cərimə meydanından dirəyi nişan aldı. Başqa heç nə ilə yadda qalmadı.

Ufuk Budak - 3,5. Oyunu zəif keçirdi. Rəqiblərinə uduzsa da, əvəzlənmədi. Ola bilər ki, onun oyun təcrübəsi çatışmır.

Abdulla Abatsiyev - 3,5. Mübarizə aparırdı, ancaq faydası az idi. Ona yaradıcı oyun göstərməyə imkan vermədilər. Ola bilər ki, “dağıtmaq” tapşırığı almışdı.

Ruslan Abışov - 3,0. Klubda oyun təcrübəsinin yoxluğu Abışovda daha çox əksini tapır. Ona təcili surətdə komanda tapmaq lazımdır ki, orada daimi oynasın. Əks halda, yığma özünün ən istedadlı futbolçularından birini itirmək təhlükəsi ilə üzləşə bilər.

Qara Qarayev - 6,0. Bu oyunun kəşfidir. Həm dağıdıcılıqda, həm də yığmanın nə isə yaratmağa cəhd etdiyi nadir məqamlarda çatdırırdı. Göstərdi ki, driblinqi heç də pis deyil. Təəssüf ki, oyundaşları dəstək vermədilər.

Rüfət Dadaşov - 2,0. Öz saç düzümü ilə daha çox yadda qaldı, nəinki oyunu. Yığmada ən pis oyunu idi.

Rauf Əliyev - 3,5. Rəqib qapısı ağzında kəskinlik yaratmağa cəhd etdi. Ancaq müvəffəq olmadı. Ustalığı çatmadı.

Vaqif Cavadov - 3,0. Birinci hissədə Tim Hovard tərəfindən dəf edilərək, künc zərbəsinə səbəb olmuş uzaqdan zərbə ilə yadda qaldı. Sonra uğurla kölgəyə çəkildi.

İlkin Qırtımov - 2,5. Tez-tez və səbəbsiz çaxnaşmaya düşürdü. Oyunu inamsız keçirdi. İkinci hissədə müdafiədəki xətalar, həmçinin, onun cəhdlərinin nəticəsidir.

Bədavi Hüseynov - 3,0. Bütün komandadan elə də güclü oynamadı. Dayaqçı mövqeyi onun üçün yeni deyil. Ancaq bu dəəf bu mövqedə zəif görünürdü.

Dmitri Nazarov - 2,5. Özünü yığmadakı debüt oyununda qapıya zərbə ilə yadda qaldı.

Pərdis Fərcad-Azad - 1,5. Sanki meydana heç çıxmamışdı.

Maksim Medvedev - qiymət yoxdur.
Qiymətləndirmə: Rüstəm Fətəliyev

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.