29 may 2014 12:33
Boşko Boşkoviç: Əgər bütün Azərbaycan klublarının Qəbələ kimi şəraiti varsa…
İtaliyanın “Udineze” klubunun 15 yaşa qədər yeniyetmələrdən ibarət komandasının baş məşqçisi Boşko Boşkoviç azerisport.az saytına müsahibəsində yetirmələrinin “Qəbələ Kuboku”nda “radarlar”la 0:1 hesablı məğlubiyyətini şərh edib:
- “Qəbələ”yə məğlubiyyətin səbəbi nədir?
- Səbəblərdən biri budur ki, biz demək olar ki, bütün günü yolda olmuşuq və yorğun idik. Digər tərəfdən, qol vuraraq, öz qapısına çəkilmiş, oyunçuları yıxılaraq vaxt uzadan bir komandaya qarşı oynamaq çətindir. Əgər uşaqlar 15 yaşında belə oynayırlarsa, bəs böyüyəndə nə olacaq? Bəs onda nə oynayacaqlar?
- Yarışın təşkili ilə bağlı nə deyərdiniz?
- Hər şey çox yaxşı səviyyədədir. Burada mən yeddi meydan saydım. Bu, gözəl infrastrukturdur. Belə şəraitdə bölgə mütləq inkişaf edəcək.
- Siz artıq uzun müddətdir ki, İtaliyada işləyirsiniz. AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcək İtaliya və Azərbaycan yığmalarının oyunu haqda yəqin ki, sizin öz fikriniz var?
- Vaxt ötdükcə, futbolda hamı oynamağı öyrənib. Ancaq bu məqamda, səviyyədə fərq var. Əgər Azərbaycan yığması heç olmasa bir oyunda İtaliya yığmasını məğlub edə bilsə və ya heç-heçə oynasa, bu, bütün ölkə üçün uğur olacaq.
- Azərbaycanda iki sloveniyalı futbolçu çıxış edib: Deyan Kelxar və Deyan Rusiç. Bu haqda bilirdiniz?
- Mən onları hələ Sloveniya futbolundan tanıyırdım. Ancaq Azərbaycan futbolundan məlumatım azdır. Bilirəm ki, “Neftçi” Avropa Liqasının qrup mərhələsində oynayıb. Belə deyərdim: Əgər bütün Azərbaycan klublarının “Qəbələ” kimi şəraiti varsa, onda çox tezliklə Azərbaycan futbolu çox yüksək səviyyəyə çıxacaq.