29 may 2014 21:30

Qəbələ bir, Neftçi hər iki oyunda uduzdu

Bu gün Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında sayca 3-cü "Qəbələ Kuboku" turnirinə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə 8 komanda iştirak edir.

A qrupunda turnirin təşkilatçısı "Qəbələ" ilə yanaşı Türkiyənin "Fənərbağça", İtaliyanın "Udineze" və İngiltərənin "Liverpul" klubları mübarizə aparır. B qrupunda isə Azərbaycanın digər təmsilçisi "Neftçi"ni Avstriya "Rapid"i, Belçika "Anderlext"i və Rusiya "Lokomotiv"i ilə qarşılaşır.

İlk oyun günündə "Qəbələ" öncə "Udineze" ilə qarşılaşıb və minimal hesablı qələbəyə sevinib. Axşam saatlarında isə komandamız "Fənərbağça"ya böyük hesabla uduzub.

"Neftçi" isə əvvəl "Lokomotivlə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. "Ağ-qaralar" günün növbəti matçında "Rapid"ə də məğlub olub.

Qəbələ Kuboku
Qrup mərhələsi

29 may

1-ci tur

A qrupu

Fənərbağça - Liverpul - 1:0
Qol: Səfa Berkay Kara.

Qəbələ - Udineze - 1:0
Qol: Cavidan Qasımlı.

B qrupu

Rapid - Anderlext - 1:3
Qollar: Yulian Krenn – Hotmann Əl-Kababri, Yarno de Nayer, Mayk Trezor.

Neftçi - Lokomotiv - 0:2
Qollar: Boqdan Zorin, Sergey Pavlenko.

2-ci tur

A qrupu

Qəbələ - Fənərbağça - 0:3

Udineze - Liverpul - 1:0

B qrupu

Rapid - Neftçi - 2:1

Anderlext - Lokomotiv - 2:2

İki turdan sonra A qrupunda "Fənərbağça" 6 xalla birinci, "Udineze" və "Qəbələ" 3 xalla 2-3-cü, "Liverpul" 0 xalla sonuncudu. B qrupunda isə "Anderlext" və "Lokomotiv" 4 xalla qrupa liderlik edir. "Rapid"in 3 xalı varsa, "Neftçi" 0 xalla sonuncudu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.