Azərbaycan Bolqarıstanı son dəqiqə qolu ilə məğlub etdi
Bu gün Bakıda sayca 4-cü "Caspian Cup" beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Açılış matçında Yaponiya və Tacikistan yığmaları qarşılaşıb və sülhə razılaşıblar. Ardından İranla Qırğızıstan üz-üzə gəlib. Cənub qonşularımız darmadağına seviniblər.
Türkiyə Qazaxıstanla münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb. Azərbaycanın U-17 yığması da Bolqarıstanı sınağa çəkib. Uzun müddət qapılara qol vurulmasa da, son saniyələrdə Kazım Birkanın uzaq məsafədən vurduğu möhtəşəm qol yığmamıza qələbə qazandırıb.
Caspian Cup
29 may
Yaponiya - Tacikistan - 1:1 (1:0)
Baş hakim: Alik Yunusov.
Sumqayıt şəhər stadionu.
İran - Qırğızıstan - 3:0 (1:0)
Baş hakim: Etibar Həsənov.
Bakı. Dalğa Arena.
Türkiyə - Qazaxıstan - 3:1 (2:0)
Sumqayıt şəhər stadionu.
Baş hakim: Ömər Paşayev.
Azərbaycan U-17 – Bolqarıstan - 1:0 (0:0)
Qol: Kazım Birkan, 90+2.
Baş hakim: Orxan Məmmədov.
Bakı. Dalğa Arena.
