29 may 2014 11:33
Arda Turan: Mən hər zaman Azərbaycanın yanındayam
"Atletiko"nun türk yarımmüdafiəçisi Arda Turan azerisport.az saytının suallarını cavablayıb:
- 2013-2014-cü illər mövsümü “Atletiko” üçün tarixinin ən uğurlu illərindən biri oldu...
- Bu il üç müxtəlif yarışda sona qədər mübarizə apardıq. İspaniya çempionu olduq. Çempionlar Liqasında finala qədər irəlilədik. Kubokda finala yaxın, mübarizədən kənarda qaldıq. Ümumilikdə, hər şey yaxşı başa çatdı. Əlbəttə, Çempionlar Liqasında Kuboku da qazana bilərdik. Amma biz bəxt bizim tərəfimizdə olmadı.
- “Azerbaijan Land of Fire” brendini reklam edəndən sonra, sanki uğurlar ardıcıl sıralandı...
- Mən formamda “Azərbaycan” yazıldığı üçün qürur duyuram. Azərbaycan mənim üçün yad deyil. Uğurlarımızda sizin də rolunuz var. Azərbaycanı təbliğ etmək şərəfli işdir. Türkiyə - Azərbaycan hər zaman dost, qardaş ölkələr olublar. Mən “Atletiko”ya dəstək olduğu üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etmək istərdim. Bilirəm ki, cənab Əliyev də “Atletiko”nun uğurlarına sevinib.
- Mustafa Dənizli, Güvənc Kurtar kimi türk məşqçilər Azərbaycanda işləyə bilmədi. Dənizli “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən istefaya göndərildi...
- Futbol asan oyun deyil. Həm Kurtar, həm Dənizli hörmətəlayiq məşqçilərdir. Mustafa Dənizli Türkiyənin ən yaxşı məşqçilərindən biridir. Superliqanın qalibi olub. Bəlkə burada istədiyi kimi alınmadı. Bununla belə, karyerasındakı uğurları bir klubdakı işinə görə dəyərləndirmək olmaz.
- Azərbaycan futbolunda baş verənləri izləyirsinizmi?
- İnternet vasitəsilə bəzi məlumatları alıram. Ölkənizdə çoxlu sayda mötəbər yarışlar keçirilir. Ona görə Bakı şəhərinin uğurlarını görmək sevindiricir. O dəfə gələndə də, demişdim. Yenə təkrar edirəm, paytaxtınız çox gözəl. Səfərimizdən bir il keçdi, amma Bakı daha da gözəl olub.
- “Barselona”, “Mançester Yunayted” və ya “Atletiko”. Arda növbəti illərdə harada oynayacaq?
- 2017-ci ilə qədər müqaviləm var. “Atletiko” mənim üçün ailədir. Ona görə bütün fikrim “Atletikoda”dır. Ümumiyyətlə, bu barədə danışmağı sevmirəm. Planlarımız yalnız komandanı uğura daşımaqdır.
- Çempionlar Liqasının final görüşünün ilk hissəsində kostyum, fasilədən sonra isə idman geyimində görüntüləndiniz. Bu nə ilə əlaqədardır?
- Kostyumda özümü narahat hiss edirdim. Ona görə dəyişdim. Kostyum məni sıxırdı. Həm də finaldakı həyəcan çox idi. Adam özünə yer tapa bilmirdi. Sanki özümə rahatlıq tapa bilmirdim.
- Xocalı faciəsi ilə bağlı, meydana qara sarğı ilə çıxdınız, video müraciətdə başsağlığı verdiniz. Buna görə sizə ermənilər tərəfindən təzyiq olduğu deyilir...
- Mən hər zaman Azərbaycanın yanındayam. Kədəri və ya sevinci olduğu zaman, fərq etməz. Hər şeyi böyük sevgi və hörmətlə edirik.