29 may 2014 11:11
Kamran Ağayev: Kimisə söymüşəmsə, üzr istəyirəm
Millimizin qapıçı Kamran Ağayev açıqlamasında bildirib ki, millimizin ABŞ yığmasına qarşı keçirdiyi oyunda (0:2) buraxılmış ikinci qoldan sonra komandanın müdafiəçisi Elvin Yunuszadəni söyməyib. Azerisport.az xəbər verir ki, Ağayev bunları söyləyib:
“Elvinə heç vaxt belə sözlər deməmişəm və demərəm də. Onu çox sevirəm. Sadəcə, oyun vaxtı mən çox qəzəbli oluram. Əgər mən rəqibin ünvanına senzuraya zidd sözlər işlətmişəmsə, üzr istəyirəm”.
