29 may 2014 19:19
Portuqaliyalı yarımmüdafiəçi Azərbaycana keçə bilər
Portuqaliyalı yarımmüdafiəçi Fernandu Aleşandre Azərbaycan çempionatına keçə bilər. Azerisport.az Portuqaliya KİV-nə istinadən xəbər verir ki, futbolçunun klubu “Akademika” ilə müqaviləsi başa çatır.
Hazırda yarımmüdafiəçi “Braqa” və “Maritimu”nun maraq dairəsindədir. Futbolçu ilə həmçinin, Azərbaycan, Türkiyə və Qazaxıstan klubları maraqlanırlar.
