29 may 2014 19:00
Fariz Nəcəfov: Qəbələ Kubokunun miqyası böyüyüb
Bu gün futbol üzrə yeniyetmələrin (U-15) beynəlxalq III “Qəbələ Kuboku”nun rəsmi açılışı keçirilib. Azerisport.az xəbər verir ki, açılış mərasimində “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov çıxış edib:
“Cari turnir sayca üçüncüdür. Turnirin miqyası böyüyüb. İngiltərə, Belçika, Avstriya və İtaliyanın turnirdə iştirakı yarışın artıq nə qədər populyar olduğunu göstərir. Bu turnirdə özünü göstərə bilmiş futbolçular gələcəkdə öz klublarının əsas heyətində çıxış edə biləcəklər”.
