29 may 2014 18:33
Araz Naxçıvan təyyarəçiləri heyətinə qatdı
Qarşıdakı mövsüm Premyer Liqada mübarizə aparacaq "Araz Naxçıvan" PFK ilk transferlərini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, muxtar respublika təmsilçisi yarımmüdafiəçilər - Qərib İbrahimov və Emin Cəfərquliyevi heyətinə cəlb edib.
Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Q. İbrahimov və E. Cəfərquliyev son mövsümü AZAL-da keçiriblər.
(Klub saytı)
