29 may 2014 18:00

Qarabağın qol ümidi haqda 6 amil

Ölkə çempionu “Qarabağ” “Maritimu”nun hazırda Bakıda olan və tibbi müayinədən keçmiş braziliyalı hücumçu Danilu Diaşla ikiillik müqavilə bağlamağa hazırdır. Azerisport.az “Qarabağ”ın hücum ümidinin karyerasına nəzər salaraq, 6 amili diqqətinizə çatdırır:
1. 2007-ci ildə Diaş üç kluba icarəyə verilib. “Qama”da işə başlayan hücumçu, sonra “Atletiko Qoyanense”yə keçib. Təqvim ilini isə “Qoyana”da bitirib. Buna qədər isə hücumçu “Qoyas”a məxsus olub.
2. Transfermarkt.de saytına istinadən, Diaşın transfer qiyməti 2 milyon 500 min avrodur. Futbolçunun ən bahalı transfer qiyməti 3 milyon avro olub.
3. Diaş Portuqaliya çempionatında ötən ilin sentyabr ayının 15-də “Maritimu”nun heyətində “Setubal”a qarşı oyunda (2:4) meydana çıxdıqdan yeddi dəqiqə sonra özünün son, komandasının üçüncü qolunu vurub.
4. Futbolçu Portuqaliya Kubokunda komandasının “Portu”ya 2:3 hesabı ilə məğlub olduğu oyunda məhsuldar ötürmə ilə yadda qalıb.
5. Diaş üçün ən məhsuldar mövsüm 2011/12-ci illər mövsümüdür. Futbolçu “Maritimu”nun heyətində çempionatın 30 oyununda 8 qol vurub.
6. Diaş sürəti və zərbəsinin gücü ilə diqqət çəkir. Ancaq buna rəğmən, Portuqaliyada belə hesab edirlər ki, Diaşın qol duyumu çatışmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.