29 may 2014 17:33
Norveç yığması millimizə qarşı oyun ərəfəsində bir müdafiəçisini itirdi
Gənclərdən ibarət Norveç yığması AÇ-2015-in təsnifat mərhələsi çərçivəsində millimizə qarşı keçirəcəyi oyuna bir itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, müdafiəçi Simen Kind Mikaelsenin pasportunun istifadə müddəti bitib və futbolçu sənədi yeniləmədiyi üçün viza ala bilməyərək, vətənində qalmalı olub.
Xatırladaq ki, Azərbaycan - Norveç oyunu iyun ayının 1-də “Bayıl Arena”da baş tutacaq.
