29 may 2014 16:28
Çağırğan ölkə birinciliyinin qalibi oldu
Həvəskar komandalar arasında XVI ölkə birinciliyinin qalibi Sabirabad rayonunu təmsil edən “Çağırğan” komandası olub. Azerisport.az xəbər verir ki, "Şəfa" stadionunda keçirilmiş final oyununda “Binə B.lik” və “Çağırğan” komandaları qarşılaşıb.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 3 qol vurmuş Sabirabad təmsilçisi 5:2 hesabı ilə qələbə qazanaraq ölkə birinciliyinin qalibi olub.
(AFFA)
