29 may 2014 16:16
Klint Dempsi: Düşündüm ki, Azərbaycan yığmasına qarşı oyunda özümlə risk etməyin mənası yoxdur
ABŞ yığmasının kapitanı Klint Dempsi millimizə qarşı keçirilmiş oyun (2:0) haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Dempsi ABŞ KİV-nə bunları söyləyib:
“Oyunqabağı qasıq nahiyəmdə gərilmə hiss etdim. Onda mən düşündüm ki, Azərbaycan yığmasına qarşı oyunda özümlə risk etməyin mənası yoxdur. Belə ki, mənim yoxluğum ehtiyatdan irəli gəlirdi. Növbəti oyuna qaydasında olacağam”.
