29 may 2014 16:00

Rəşad Sadıqov: ABŞ yığmasına qarşı oyundan nəticə çıxarmalıyıq

San-Fransiskoda ABŞ yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda (0:2) zədə səbəbi ilə iştirak edə bilməmiş millimizin kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibə verib:
- Millinin oyunu ehtiyat oyunçular skamyasından sizə necə görünürdü?
- Debütümüz baş tutmadı. Komanda ilk on dəqiqəni həyəcanlı keçirdi. Bu müddətdə az qala iki qol buraxacaqdıq. Sonra oyuna öyrəşə bildik. İstədiyimiz kimi müdafiə olunurduq. Düzdür, müdafiədən hücuma keçməkdə problemlərimiz olurdu. Yəni, əks-hücuma əməlli keçə bilmirdik.
- Bəs sonra nə oldu?
- İlk on dəqiqə istisna olmaqla, 75-ci dəqiqəyə qədər rəqibə qol vəziyyəti yaratmaq imkanı vermədik. Qolları isə standart vəziyyətlərdən sonra buraxdıq. Oyun 0:0 hesabı ilə başa çata bilərdi.
- Ancaq belə başa çatmadı…
- Düşünürəm ki, ümumilikdə pis oynamadıq. Heyətdə gənclər çox idi. Məşqçi qərargahı iş başında görmək istədiyi çox futbolçulara şans verdi. Hamı böyük həvəslə oynayırdı. Unutmayaq ki, heyətimizdə kadr itkiləri vardı.
- Kaliforniyadakı oyun təsnifat mərhələsi ərəfəsində yaxşı dərs olacaq?
- Biz bu oyundan nəticə çıxarmalıyıq. Rəqib standart vəziyyətləri yerinə yetirərkən, xüsusilə diqqətli olmalıyıq. Belə şeylər bizim üçün həmişə problem olub. İki-üç səhv bütün komandanını əziyyətini məhv edə bilər. Bu isə çox acıdır.
- Oynaya bilmədiyiniz üçün də üzülürsünüz?
- Əlbəttə! ABŞ yığması ilə oyun, tarixi oyun idi. Azərbaycan yığmasının hər bir oyunu mənim üçün vacibdir. Burada ABŞ yığmasına qarşı oynamağı çox istəyirdim. Kim bilir, bir də nə vaxt amerikalılarla görüşəcəyik? Ancaq heç də həmişə bizim istədiyimiz kimi olmur. Demək, bu gün meydanda olmaq, qismətim deyildi.
- Ağrılar hələ də əziyyət verir?
- Təəssüf ki, bəli. Ancaq ilk iki gündəki kimi, yox. Əvvəlki kimi, qaça bilmirəm.
- Yay toplanışına ya Çempionlar liqasına qədər bərpa ola biləcəksiniz?
- Deməyə çətinlik çəkirəm. Həkim məni müayinə etdi. Ancaq Bakıda hələ tam tibbi müayinədən keçəcəyəm. Bundan sonra çox güman ki, dəqiq biləcəyik.
Rüstəm Mikayıllı, San-Fransisko

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.