29 may 2014 14:22
Aleksey Popov: Azərbaycanda yaxşı səviyyəli dörd klub var
“Araz” futzal klubunun sabiq qapıçısı Aleksey Popov championat.com saytına müsahibəsində “Araz”da keçirdiyi oyunlar, klubla birgə qazandığı Azərbaycan çempionluğu və UEFA Kubokunun bürünc mükafatı haqda danışıb. Azerisport.az Popovun fikirlərini diqqətinizə çatdırır:
Popov “Araz”ı özü üçün uğurlu komanda hesab edir: “Komandaya icarəmin sayəsində 14 illik silsiləmin davamı gəldi. Bu müddətdə hər mövsümdə ən azı, bir qənimət qazanmışam və bu, həqiqətən uğurlu səfər idi”.
Qapıçı bir çox məşhur futzal mütəxəssislərinin: Kaka, Andrey Yudin və digərlərinin ölkəmizdəki işini qeyd etməklə yanaşı, “Araz”ın Dördlər finalındakı çıxışı timsalında Azərbaycan mini-futbolunun gücünü qeyd edib: “Özünüz mühakimə edin, Dördlər Finalında bir oyun belə, məğlub olmadıq. “Barselona” ilə heç-heçə oynayıb, penaltilər seriyasında məğlub olduq. UEFA Kubokunun ötən turnirdəki qalibini isə məğlub edərək, üçüncü olduq”.
Popov ölkəmizin mini-futbolunu Rusiya futzalı ilə müqayisə edib və futzalımızı yalnız “Araz”la məhdudlaşdırmayıb: Təbii ki, orta səviyyə Rusiya futzalından aşağıdır. Ancaq yaxşı səviyyəli dörd klub var ki, orada bizim ölkəmizdə də unudulmamış legionerlər çıxış edirlər. Hesab edirəm ki, Azərbaycan çempionatında çıxış edən oyunçulardan çoxları Rusiya komandalarını gücləndirə bilərlər. Ancaq buna legioner limiti əngəl törədir...”.
Popov Azərbaycanda keçirdiyi üç ayın futzaldankənar anlarını səciyyələndirib: “Əsası, indi dost deyə biləcəyim adamlarla tanış oldum. İnsanlar - ən əsas qazancdırlar”.
