29 may 2014 13:44
FIFA ABŞ - Azərbaycan oyununu Asiya totalizatorlarının qəfil fəallığı ilə bağlı diqqətlə izləyib
ABŞ və Azərbaycan yığmaları arasında San-Fransiskoda keçirilmiş yoldaşlıq oyunu FIFA-nın və ABŞ hüquq-mühafizə orqanlarının diqqət dairəsində olub. Azeripsort.az xəbər verir ki, totalizatorlarda mümkün oyunlar ehtimalı ilə bağlı bu oyun mütləq şübhəlilər siyahısında yer alıb.
Həmçinin, Cənubi Koreya Respublikası - Tunis, Danimarka - İsveç, Meksika - İsrail, Şotlandiya - Nigeriya oyunları da bu siyahıya düşüb.
Hüquq-mühafizə orqanlarının diqqətini Şərqi Asiyadan olan “bettinq” mafiyalarının qəfil fəallığı cəlb edib. Ancaq şübhələr özünü doğrultmayıb.
