29 may 2014 12:55

Neftçi ən çox hücum etmiş komandadır

Topaz Premyer Liqasının 2013/2014-cü illər mövsümünün bir sıra statistik məlumatları açıqlanıb. Azerisport.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistikaya əsasən topa ən çox nəzarət edən komanda “Qarabağ” olub.
Ağdam futbolçuları orta hesabla hər oyunda 34 dəqiqədən çox topa nəzarət ediblər. Hücum sayında “Neftçi” digər komandalardan daha üstün olub (oyun ərzində 101 dəfə). Qapılara zərbələrdə isə “Xəzər Lənkəran”, “Bakı” və “Neftçi” fərqlənib: orta hesabla hər oyunda 15 zərbə.
Ölkə çempionu olmuş “Qarabağ” ötürmə sayında və dəqiqliyində də rəqiblərini geridə qoyub: müvafiq olaraq, 631 ötürmə, onlardan 551-i dəqiq olub (orta hesabla hər oyunda).
Azərbaycan kubokunu ardıcıl ikinci dəfə qazanan ötənilki çempion “Neftçi” oyun ərzində orta hesabla 6 künc zərbəsi ilə bu göstərici üzrə liderdir.
TPL-in gümüş mükafatçısı “İnter” klubunun futbolçuları oyundankənar vəziyyətlərin sayına görə “fərqləniblər”. Bakılıların hər oyun üçün orta göstəricisi 3,5-dir.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.