Syomin: Azərbaycanda Rusiya çempionatında oynamağa iddialı futbolçular çoxdu
Rusiyanın "Mordoviya" klubu ilə müqavilə imzalayan "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin yerli mətbuata müsahibəsində Azərbaycan Premyer Liqasından da danışıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
"Qəbələ"dəki fəaliyyətim çox müsbət bir təcrübə oldu. Bu klubdakı işimdən mənə ən xoş təəssüratlar qaldı. Həm klub rəhbərliyi, həm oyunçular, həm orada olanlar hamısı xoş təəssüratlar yaradır. Onlar işlərinin öhdəsindən çox yaxşı gəldilər. Klubun infrastrukturundan tutmuş insanlara qədər hər şey xoş təəssüratlara layiqdi. İnsanlar bizə, xüsusən də mənə qarşı çox yaxşı davranırdılar. Orada əcnəbi olduğumuzdan, mənə qarşı çox yaxşı davranırdılar. Fikrimcə, Azərbaycan çempionatının yaxşı gələcəyi var. Çünki klubların rəhbərləri maliyyə planında kifayət qədər imkanlıdılar. Onlar məmnuniyyətlə həm infrastruktura, həm də futbola pul yatırırlar. Əlbəttə, Azərbaycan Premyer Liqası Rusiya və Ukrayna çempionatları deyil, amma düşünürəm ki, bizim regionda bu iki çempionatdan sonra üçüncü birincilikdi. Azərbaycanda çıxış edən futbolçulardan Rusiya çempionatında oynaya biləcək oyunçular çoxdu.
