28 may 2014 00:45
Yunis Hüseynov: Berti Foqts həmişə özü üçün danışır
Veteran futbolçu Yunis Hüseynov ABŞ - Azərbaycan futbol komandalarının görüşünü şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Əgər sabah tezdən oyansam, bu matça baxacam. Səhər saat 7-də oyanmaq azarkeşlər üçün də çətin olacaq. Adətən 8-də mən dostlarla futbol oynamağa gedirəm. Yəqin, imkan olsa, matçın bir hissəsinə baxaram. Berti Foqts deyib ki, 8 milyon əhalidən 4 milyonu oyunu səbrsizliklə gözləyir? Foqts həmişə özü üçün danışır. Söhbətdi, edir. Oyuna gəldikdə güclü rəqiblə oynayacağımızı alqışlayıram. ABŞ güclü komandadı. Bu, bizə təcrübə toplamaq üçün lazımdı. Nəticədən çox futbolçuların uyğunlaşması vacibdi".
