28 may 2014 12:40
Rəşad Sadıqov: Oyun 0:0 hesablı heç-heçə ilə başa çata bilərdi
Millimizin müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına açıqlamasında millimizin ABŞ yığmasına qarşı keçirdiyi yoldaşlıq oyunu (0:2) haqda fikirlərini bildirib:
“İlk on dəqiqə istisna olmaqla, 75-ci dəqiqəyə qədər biz rəqibə real qol vəziyyətləri yaratmaq imkanı vermədik. Biz qolları standart vəziyyətlərdən sonra buraxdıq. Ancaq oyun 0:0 hesablı heç-heçə ilə başa çata bilərdi. Bu oyundan nəticə çıxarmaq lazımdır. Rəqib standart vəziyyətləri ifa edərkən, xüsusilə diqqətli olmaq lazımdır”.
