28 may 2014 00:22

Elxan Məmmədov: Mükafatlar yoldaşlıq oyunlarına şamil edilmir

AFFA-nın baş katibi Elxan Məmmədov azerisport.az saytına müsahibəsində mayın 28-i Bakı vaxtı ilə 07:10-da San-Fransiskonun “Kendlstik Park” stadionunda ABŞ və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bildirib:
“Biz məşqçi ilə dünya çempionatının iştirakçısı olan yığma ilə oyun keçirməyin vacibliyi haqda danışmışıq. Bu yığma ABŞ yığması oldu. Hesab edirəm ki, bu oyun bizə təcrübə üçün lazımdır. ABŞ yığması çox ciddi hazırlaşır və çox güman ki, millimizə qarşı döyüşkən heyət buraxacaqlar. ABŞ yığmasının baş məşqçisi başa düşür ki, Braziliyaya səfər ərəfəsində komandanın ruhunu yüksəltmək lazımdır və qələbə qazanmaq üçün hər şey edəcək. Bizə gəlincə, Berti Foqts futbolçuların vəziyyətinə baxacaq və təsnifat mərhələsinin ilk oyunlarında kimə etibar edə biləcəyini müəyyənləşdirəcək. Təəssüf ki, bir-iki oyunçu zədə səbəbi ilə iştirak etmir. Ancaq bizim başqa alternativimiz var”.
Baş katibin sözlərinə görə, millimizin rəqibi kifayət qədər mötəbərdir: “Buna mən belə yanaşıram: biz 15 gündən sonra dünya çempionatında iştirak edəcək bir komanda ilə oynayacağıq”.
Yoldaşlıq oyunları keçirməyə digər namizədlər Uruqvay və Nigeriyaya gəlincə, Məmmədov qeyd edib: “Sizə məlumdur ki, ABŞ kifayət qədər böyük ölkədir. Nigeriyalılar bizə Kaliforniyadan uzaqda oynamağı təklif etdilər. Bundan başqa, onlar oyunu iyunun 2-də keçirmək istəyirdilər. Bizim futbolçulara isə avrokuboklar ərəfəsində fasilə istirahət lazımdır. Buna görə də Nigeriya yığması ilə oyunu mütləq saymadıq”.
Qeyd etməyə dəyər ki, Uruqvay ümumiyyətlə, Cənubi Amerikada oynamaq istəyirdi.
Mükafatlara gəlincə, AFFA-nın baş katibi vurğulayıb: “Biz dəfələrlə demişik ki, mükafatlar heç vaxt yoldaşlıq oyunlarına şamil edilmir. Son illər diqqət edirik ki, futbolçular bu mövzunu hətta qaldırmırlar. Yox əgər federasiyanın sponsorlarından biri komandanı maliyyə cəhətdən dəstəkləmək istəsə, o zaman onlar bizə müraciət edirlər və biz müvafiq qərar qəbul edirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.