28 may 2014 11:00
Maykl Bredli: Birinci hissədə Azərbaycan yığması çox yaxşı müdafiə olunurdu
ABŞ yığmasının yarımmüdafiəçisi Maykl Bredli millimizə qarşı keçirilmiş oyun (2:0) haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Bredli bunları söyləyib:
“Çox gərgin oyun alındı. İki fərqli hissə vardı. Birinci hissədə qonaqlar çox yaxşı müdafiə olunurdular. Ancaq ikinci hissədə biz öz oyunumuzda bir neçə dəyişiklik etdik və daha yaxşı müdafiə olunmağa çalışdıq. Nəticə bizi sevindirir. Qarşıda Türkiyə yığması ilə oyunumuz var”.
