28 may 2014 10:54
Tim Hovard Kamran Ağayevi təriflədi
Futbol üzrə ABŞ yığmasının qapıçısı Tim Hovard Azərbaycan yığmasına qarşı keçirilmiş yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Biz birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Amma ikinci yarıda hər şey dəyişdi. Nəticədə, iki qol vurduq.
Azərbaycan yığmasının qapıçısı barədə ancaq xoş sözlər deyə bilərəm. O, Kris Vondolovskinin iki təhlükəli zərbəsi zamanı komandasını qoldan xilas etdi. Mənə elə gəlir ki, əla qapıçınız var".
